Neftçinin rəqibindən daha bir darmadağın
Azərbaycan Kubokunun qalibi "Neftçi”nın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi olan Serbiyanın "Partizan” klubu ölkə çempionatında növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda 3-cü tur çərçivəsində doğma meydanda "Donyi Srem”lə qarşılaşıb.
Oyun "Partizan"ın 3:0 hesablı qələbəsiylə başa çatıb. Meydan sahibləri hesabı 45-ci dəqiqədə Şkuteliçin penalti qolu ilə açıblar. 67-ci dəqiqədə Danko Lazoviç ikinci qolu rəqib qapısından keçirib. 76-cı dəqiqədə isə Saşa Markoviç oyunda son nöqtəni qoyub - 3:0.
Bu nəticədən sonra "Partizan" 9 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, "Neftçi" ilə "Partizan" arasındakı ilk oyun avqustun 21-də Belqradda baş tutub və meydan sahiblərinin 3:2 hesablı qələbəsiylə bitib. Cavab görüşü isə avqustun 28-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
