25 avqust 2014 00:05
Simurq çexiyalı hücumçu ilə müqavilə imzalayır
"Simurq" transfer pəncərəsi bağlanana qədər daha bir futbolçu almağa hazırlaşır. Azerisport.az xəbər verir ki, Zaqatala klubu çexiyalı hücumçu alır.
Bu, uzun müddətdi adı "Simurq"la yanaşı çəkilən Lukaş Treşnyakdı. O, artıq komandanın düşərgəsindədi. Tərəflərin tezliklə müqavilə imzalaması gözlənilir.
Qeyd edək ki, Treşnyakın son klubu Çexiya "Yablonets"i olub.
