25 avqust 2014 11:34
Aslan Kərimov Tvente - Qarabağ oyununu izləyəcək
Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi Aslan Kərimov UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Hollandiyanın Enshede şəhərində keçiriləcək "Tvente" - "Qarabağ" qarşılaşmasını izləyəcək. Azerisport.az xəbər verir ki, sözügedən oyun avqustun 28-də baş tutacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
