25 avqust 2014 11:01
Millimiz "Udineze"yə məğlub oldu
Sloveniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, İtaliyanın "Udineze" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub.
Komandamızın qolunu Nicat Süleymanov vurub. (AFFA)
