25 avqust 2014 18:50
Sxadadze: Qələbə qazansaq da, bu, İnterin ən yaxşı oyunu deyildi
"İnter"in hücumçusu Baçana Sxadadze Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Sumqayıt" üzərində qazandıqları qələbədən (5:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hesab oyuna görə oldu. Rəqib qapısına bütün zərbələrimiz qolla nəticələndi. Hesaba baxmayaraq, bu, "İnter"in ən yaxşı oyunu sayıla bilməz. Müəyyən epizodlarda çox asan top itirdik. Çox qol vurmağımız isə sevindirməyə bilməz. Futbolçular arasında anlaşma səviyyəsi yaxşıdı. Bu da nəticə qazanmağımıza kömək edir. Qarşıda bizi "Xəzər Lənkəran"la çətin oyun gözləyir. Onlar evdə həmişə inamlı oynayırlar. Ümid edirəm ki, tribunada çoxlu azarkeş olacaq və maraqlı oyun keçəcək. Belə atmosferdə futbol oynamaq çox xoş olur".
