25 avqust 2014 17:50
Neftçi azarkeşlərə müraciət etdi
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Neftçi” – “Partizan” matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, bu arada klub rəhbərliyi qara bazarda qanunsuz bilet satışının qarşısını almaq və kassaların önündə sıxlığın yaranmaması üçün azarkeşlərdən xahiş edib.
Klubun rəsmi saytı vasitəsilə yayımlanan müraciətdə azarkeşlərdən xahiş olunur ki, biletləri oyun günü yox, daha tez əldə etsinlər.
Xatırladaq ki, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun və “Bakcell Arena”nın kassalarında satılır. Bir azarkeş 5 və ya daha artıq sayda bilet aldıqda şəxsiyyət vəsiqəsinin əslini və surətini kassaya təqdim etməlidi.
