25 avqust 2014 17:30

Rasim Ramaldanov: Baş məşqçi istefası, cərimə vacib deyil

"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi

- "Simurq"a məğlubiyyətinizə nə səbəb oldu?
- Pis başlamamışdıq. Bir neçə təhlükəli hücum da təşkil etdik. Gözlənilməz qol komandanı sındırdı. Ümumiyyətlə, qol vura bilməməyimiz çox üzücüdü.

- Əksəriyyət bu fikirdədi ki, XL bu mövsüm də ötənilki kimi oynayacaq...
- Komanda uğursuz çıxış edəndə tənqidlər həmişə olur. Amma bütün bunlar bizi ruhdan salmamalıdı. Hər şey qabaqdadı. Ötən mövsüm bizdə heç nə alınmadı. Lakin bu mövsüm toparlanıb, öz oyunumuzu sərgiləməliyik.

- Bəs sizin hələ heç kimin görmədiyi öz oyununuz olacaq?
- Hər şey öz əlimizdədi. Hər şeyi özümüz yaxşıya doğru dəyişə bilərik.

- Artıq Oğuz Çətinin istefası gündəmə gəlib...
- Düzünü deyim ki, bu haqda heç nə eşitməmişəm. Komandada Çətinin getməsini istəmirlər. Yaxşı məşqçidi. Heç nə alınmayan kimi məşqçini istefaya göndərmək vacib deyil.

- Sonra gec olmayacaq? Çünki 9 mümkün xaldan 8-ni itirmisiz...
- Gec-tez biz də öz oyunumuzu tapmalıyıq. Biz elə də güclü olmayan rəqiblərlə oyunlarda xallar itirmişik. Daha güclü rəqiblər isə hələ qarşıdadı.

- Sizin üçün ən çətin rəqiblərdən sayılan "İnter"lə oyunda dönüş yarada biləcəksiz?
- "İnter" ölkənin ən yaxşı komandalarından biridi. Sonadək mübarizə aparacağıq. Geriyə yolumuz yoxdu. Ümid edirəm ki, yaxşı dəstək görəcəyik. "Sumqayıt"la oyunda yarıboş tribunalar qarşısında oynamaq çox üzücü idi. Biz dolu tribunalar önündə oynamağa alışmışıq.

- Zaqataladakı oyunu klub prezidenti Mais Mənsimov da izləyirdi. O, hələ komanda üzvlərinə sanksiya tətbiq etməyib?
- Düzünü deyim, indi komandada elə bir ab-hava var ki, bu barədə heç kim heç nə düşünmür. Bu, futboldu, qələbə də qazana bilərsən, uduza da. Cərimə etmək vacib deyil (gülür). Allah eləsin ki, hər şey qaydasına düşsün.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.