25 avqust 2014 16:45
Tventenin zədə alan forvardı təkzib etdi
Hollandiyanın "Tvente" klubunun hücumçusu Luk Kastaynos bəyan edib ki, o, komandadan ayrılmağa hazırlaşmır. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan komandanın futbolçusu bunları söyləyib:
"Hazırda daha çox "Tvente"ni, qarşıdakı "Qarabağ"la oyunu düşünürəm. Çoxdan qol vura bilməsəm də, statistikaya fikir vermirəm. Əsas komandamın uğurlu çıxış etməsinə yardımçı olmaqdı".
Yeri gəlmişkən qeyd edək ki, Kastaynos ötən gün baş tutan "NAK Breda" ilə oyunda zədə alıb. Lakin forvardın komandamızla görüşədək hazır olması gözlənilir.
Qeyd edək ki, "Tvente" - "Qarabağ" matçı avqustun 28-də keçiriləcək.
