25 avqust 2014 16:15
Kamran Quliyev: Komanda İnterlə oyuna yaxşı köklənməmişdi
"Sumqayıt"ın prezidenti Kamran Quliyev komandasının Premyer Liqanın son turunda "İnter"ə 1:5 hesablı məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolçularla sərt söhbətimiz oldu. Komanda bu oyuna çox pis köklənmişdi. Futbolçular meydanda daha çox can qoymalıydılar. "İnter" güclü komandadı. Amma komandamızın üzvləri də öz tapşırıqlarını lazım olan səviyyədə həayata keçirmədilər. Bizim hədəfimiz qarşıdakı 3 turdan qələbə ilə ayrılmaqdı".
Qeyd edək ki, "Sumqayıt" növbəti turlarda "Araz Naxçıvan", "Bakı" və AZAL-la qarşılaşacaq.
