25 avqust 2014 16:00

Draqan Çeran: Hakimin serb dilini bilmədən mənə qırmızı vərəqə göstərməsi inanılmazdı

"Simurq"un forvardı Draqan Çeran Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunun son saniyələrində qırmızı vərəqə almasına münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:

"Mən hələ də o hakimi başa düşə bilmirəm. Mən serb dilində danışıramsa, o, məni necə başa düşdü? Düzdü, mənə ilk dəfə deyil qırmızı vərəqə göstərirlər. Ötən mövsümdə də qırmızı vərəqə almışdım. Məni niyə meydandan qovmalarını anlaya bilmirəm. Axı onlar mənim nə dediyimi anlamırlar".

"Qırmızı vərəqəni heç nədən aldım. Rəqibin bütün oyun ərzində mənə qarşı kobud oynayan futbolçularına isə heç nə göstərilmədi. Məsələn, "Xəzər Lənkəran"ın müdafiəçi mənim başıma zərbə endirdi. Hələ də başım ağrıyır. Mənim serb dilində söylədiyim sizlər isə hakimə ünvanlanmamışdı. Mən, sadəcə, öz-özümə danışırdım, emosiyadan. Elə həmin vaxt hakimin əlində qırmızı vərəqə üstümə qaçdığını gördüm".

"Mənə bu hakimə görə, 4 oyunluq cəza verəcəklər. Amma "Xəzər Lənkəran"ın kobud oynayan futbolçularına heç sarı vərəqə də göstərilmirdi. Hakimin serb dilini bilmədən mənə qırmızı vərəqə verməsi inanılmazdı. Heç ingilis, rus dillərini də bilmir, amma anlamadığı sözlərə görə qırmızı vərəqə göstərir. Bu, nə deməkdi ki? Baş məşqçimiz də buna görə çox əsəbləşmişdi".

Qeyd edək ki, "Simurq" - "Xəzər Lənkəran" matçının baş hakimi Elvin Əsgərov idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.