25 avqust 2014 15:25
Kamal Bayramov: Rəvanda "sağ ol"a oynamırdım, pulumu versinlər!
"Araz Naxçıvan"ın qapıçısı Kamal Bayramov bəyan edib ki, əvvəlki klubu "Rəvan" ona olan borcunu qaytarmaq istəmir. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən hələ də "Rəvan"dan alacağım pulun yolunu gözləyirəm. Klub rəsmilərinə qalsa, guya mən pulumun hamısını almışam, özü də çoxdan. Amma bu, belə deyil. Mənim rəhbərliklə problemimin olduğunu düşünməyin. Orada "sağ ol"a oynamırdım ki. Qoy pulumu versinlər, məsələni bağlayaq".
