25 avqust 2014 15:05
Dadaşovun komandası yenə də qələbə qazana bilmədi
Almaniyanın cənub-qərbi regional liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası "Tsvaybryükken" də növbəti oyununu keçirib.
Futbolçumuzun komandası doğma meydanda "Valdhof Manqeym"lə qarşılaşıb. Oyun heç-heçə başa çatıb - 1:1.
Dadaşov 80 dəqiqə meydanda olub. Hazırda Rüfətin komandası 5 xalla 13-cü yerdə gedir.
