25 avqust 2014 14:45

Əli Gökdəmir: Almaniyada Azərbaycan vətəndaşlığını qəbul etməyimə qarşı idilər

Futbol üzrə Azərbaycan yığmasının və "Simurq"un yarımmüdafiəçisi Əli Gökdəmirin azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran" üzərində qələbə ilə bağlı nə deyə bilərsiz?
- Yaxşı oyun alındı. Hələ matç öncəsi demişdim ki, rəqib yaxşı transferlər həyata keçirsə də, biz də zəif deyilik. Premyer Liqada güclü komandalar çoxdu. Onlardan qorxmağımıza ehtiyac yox idi. Yaxşı büdcələri olsa da, meydanda canlı insanlar oynayırlar.

- Siz adətən meydana oyunların sonunda daxil olursuz. Niyə?
- Hələ tam hazır deyiləm. Altı ay zədə səbəbindən oynamamışdım. Sağ ayağım yenicə sağalır. Həkimlər tam hazır olmağım üçün bir qədər də vaxt lazım olduğunu deyir. İlk oyunumda 25 dəqiqə, ötən gün isə 10 dəqiqə oynadım. Zamanla rəqabət yarada biləcəm. Görürsüz ki, "Simurq" hələlik, mənsiz də qələbə qazana bilir (gülür).

- "Hannover"də niyə qalmadız?
- Baş məşqçi Tayfun Korkutla münasibətlərim yaxşı deyildi. Hələ gənclərdən ibarət komandada oynayarkən Azərbaycan vətəndaşlığını qəbul etməyim məsələsi gündəmə gələndə onunla münasibətlərimiz korlandı.

- O, sizin Azərbaycan vətəndaşlığını qəbul etməyinizi istəmirdi?
- Hə. Bunu yada salmaq istəmirəm. Sonradan o, əsas komandaya baş məşqçi təyin olunan ilk gündən göstərdi ki, məni heyətdə görmək istəmir. Heç şans da vermirdi. Klubla daha bir illik müqaviləm var idi. Qalmağımı istəsələr də, Korkutla münasibətləri əzərə alıb, getməyə qərar verdim. Halbuki, o, mənə şans verə biləcəyini deyirdi.

- Elə şey olar?
- Belə də söylədi. Amma "ola bilər"lə hərəkət edə bilməzdim. Beş ildən sonra bu klubdan ayrılmağa qərar verdim. Karyeramı ikinci Bundesliqada, Türkiydə də davam etdirə bilərdim. Amma tam hazır olmadığımı nəzərə alıb, vətənə qayıtmağa üstünlük verdim. Hər şeyi sıfırdan başlamağa qərar verdim.

- Azərbaycana qayıtmağınızı geriyə addım saymırsız?
- Hərdən qabağa getmək üçün geriyə addım atmaq da yaxşıdı. Həm də Premyer Liqada oynamağı geriyə addım saymıram. Burada necə komandaların oynadığına fikir verin. "Qarabağ"la "Neftçi" hazırda Avropa Liqasının qrup mərhələsinin bir addımlığındadı. Almaniyada Azərbaycan futbolunun son 2-3 ildəki irəliləyişindən tez-tez söhbət açırlar.

- Özbəkistanla oyunda niyə meydana çıxmadız?
- Komanda ilə hazırlaşsam da, meydana buraxmadılar. Baş məşqçi yeni futbolçuları yoxlamağa qərar verdi. Prinsipcə, Berti Foqts onsuz da məni tanıyır.

- Gənclər özlərini doğrulda bilmədilər. Niyə?
- Bu barədə nəsə deyə bilmərəm. Onların yenidən komandaya dəvət alıb-almayacağını da bilmirəm.

- Sizi Moskvadakı oyunda meydanda görə biləcəyik?
- Hələ bilmirəm. Ola bilər çağırılım, axı Özbəkistana qarşı oynamadım. Çağırılsam, çox sevinərəm. Getməsəm də belə, Azərbaycanın Rusiyanı, Bolqarıstanı məğlub edəcəyinə ümidliyəm. Özümə gəlincə, hələ 100 faiz hazır deyiləm. "Simurq"da oynasam, yığmaya da dəvət alacağıma inanıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.