25 avqust 2014 14:00
Drinçiç: Neftçiyə qarşı evdə oynadığımız kimi mübarizə aparmalıyıq
Serbiyanın "Partizan" klubunun yarımmüdafiəçisi Nikola Drinçinin İsrailin "Makkabi" (Hayfa) klubuna mümkün transferini şərh edib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olan komandanın üzvü bunları söyləyib:
"Avqustun 31-dək "Partizan"ın oyunçusuyam. Sonra necə olacaq, bilmirəm. İndi mənim bütün fikirlərim Avropa Liqasına yönəlib, transfer məsələlərinə yox. Bizə qrup mərhələsinə vəsiqə qazanmaq lazımdı. Bunun üçün isə Azərbaycanın "Neftçi" klubuna qarşı evdə oynadığımız kimi mübarizə aparmalıyıq".
