24 avqust 2014 00:45
Mais Mənsimov XL-in üzvləri ilə görüşdü
"Xəzər Lənkəran"ın prezidenti Mais Mənsimov komanda üzvləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, o, Topaz Premyer Liqasının 3-cü turu öncəsi futbolçulara dəstəyini nümayiş etdirib, komandasını ruhlandırmağa çalışıb.
Qeyd edək ki, "ağ-yaşıllar" bu gün səfərdə "Simurq"un qonağı olacaqlar. Yeni mövsümə də pis start verən "Xəzər Lənkəran" geridə qalan iki oyunda cəmi 1 xal qazana bilib.
