24 avqust 2014 00:23

"Neftçi kimi komandaya 0:2 uduzuruqsa, azarkeşlərdən nə gözləməliyik ki?"

Serbiyanın "Partizan" klubunun prezidenti Draqan Dyuriç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşdıqları "Neftçi" ilə ilk oyundan (3:2) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Rəqib iki ardıcıl qol vuranda həyəcanlanmışdım. Amma fikrimcə, biz həmin qollardan sonra pis oynamadıq. Lakin etiraf edim ki, bir müddət öncə Bolqarıstan "Ludoqorets"indən, indi isə "Neftçi"dən iki asan qol buraxmağımız narahatlıq yaradır. Fikrimcə, məşqçilər korpusu bu məsələ ilə ciddi məşğul olmalıdı".

Lakin klub prezidenti buna görə baş məşqçini tənqid etmək istəməyib: "Marko Nikoliçi heç kim tənqid etmir. "Partizan" heç vaxt öz baş məşqçisini mətbuat vasitəsilə tənqid etməyib. Biz baş məşqçimizi, futbolçularımızı çempionat oyunlarında, eləcə də "Neftçi" ilə cavab oyununda ən yüksək səviyyədə dəstəkləməliyik".

Dyuriç bəyan edib ki, klubun üzləşdiyi maliyyə probleminin komanda üzvlərinə təsir göstərməyib: "Maaşlardakı gecikmənin futbolçulara təsir göstərdiyini düşünmürəm. Hesab edirəm ki, onlar meydana ancaq futbolu düşünərək çıxırlar. Həm də həmin günlərdə Belqradda olsaydım, heç bir maaş gecikməsindən söhbət gedə bilməzdi. Bildiyim qədərilə, futbolçular görüşüblər, mövcud problemləri müzakirə ediblər. Plan üzrə müzakirələr 10 dəqiqə sürməliymiş, amma 45 dəqiqə sürüb. Ondan sonra da oyunçular məşqə çıxmamaq qərarına gəliblər. Gecikmə sadəcə, yeddi gün çəkib. Hazırda isə bütün məsələlər öz həllini tapıb".

"Bu məsələdə mətbuatın da rolu var. Azarkeşlər "Partizan"ı başqa dünyada görmək istəyirlər. Bu, düz deyil. Maaşların gecikməsi son yeddi ildə ilk dəfədi baş verir. Amma onları da başa düşmək olar. Komandaları "Neftçi" kimi komandaya 0:2 hesabıyla uduzanda azarkeşdən nə gözləmək olar ki? Qoy onlar məşqçi və futbolçu heyətini yox, rəhbərliyi ittiham etsinlər. Fikrimcə, onlar bu narazılıqlarında haqlıdılar. İstədiklərini oxuya, deyə bilərlər".

Dyuriç istefa verəcəyinə dair xəbərləri də təkzib edib: "Klubdan vaxtından öncə gecədəmmi? Bütün bunlar uydurmadı. Belə xəbərlərin haradan qaynaqlandığını yaxşı bilirik. Belələrinə fikir verməyə dəyməz".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.