24 avqust 2014 12:30
Erat oynadı, komandası darmadağınla üzləşdi
Almaniyada Qərb Regional Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - Düsseldorf "Fortuna"sı səfərdə "Alemaniya" ilə qarşılaşıb.
Qarşılaşma 3:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Erat 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Eratın komandası hazırda 7 xalla 9-u yerdə gedir.
