24 avqust 2014 12:10
Azərbaycanlı futbolçunun klubunu aşağı liqaya göndərdilər
İspaniyanın "Real Mursiya" komandası Sequnda Liqadan kənarlaşdırılıb. Azerisport.az xəbər verir ki, ötən mövsüm 4-cü yeri tutan bu komanda yeni mövsümdən ölkənin üçüncü Liqası sayılan Sequnda B Liqasında mübarizə aparacaq.
Buna səbəb klubun PFL-ə 13 milyon avroluq borcunun olmasıdı. "Real Mursiya" ilə bağlı bu qərar hələ iyul ayında çıxarılsa da, onlara vəziyyəti düzəltmək üçün vaxt verilmişdi. Amma problemin həlli üçün bir çox instansiyalara baş vuran klub rəhbərliyi vəziyyəti düzəldə biləcək heç nəyə nail olmayıb. Bu üzdən də komanda aşağı liqaya göndərilib.
Sequnda Liqada "Real Mursiya"nı "Mirandes" əvəzləyib.
