24 avqust 2014 11:50

Ruslan Abışov: Qəbələ indi baxımlı futbol yox, nəticəyə oynayır

Futbol üzrə Azərbaycan yığmasının və "Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Oyun haqda nə deyə bilərsiz?
- Bilirdik ki, çətin olacaq. "Bakı" asan rəqib deyil. "Neftçi" ilə oyunlarına baxmışdıq, analiz etmişdik. Düzünü deyim ki, bu komanda həmin oyunda daha yaxşı təsir bağışlamışdı. Bu oyunda isti, qazonun ideal vəziyyətdə olmaması da sözünü dedi. Birinci hissədə yaxşı təsir bağışlamasaq da, fasilədən sonra özümüzə gələ bildik.

- Birinci hissədə həyəcan var idi?
- İlk hissədə "Bakı" əks hücumlarda bizi tutmaq istədi. Oyunu əsasən, müdafiədən qururdu. Bu da bizim üçün çətinlik yaradırdı. Ancaq ikinci hissənin ortalarında rəqibdə yorğunluq öz sözünü dedi. Biz də imkandan yararlandıq.

- İlk qoldan sonra nə baş verdi?
- Qolu vurandan sonra rəqib dağılmağa başladı. Bu da bizim üstünlüyümüz idi. Daha inamlı oynamağa başladıq.

- Xətlər arasında anlaşma səviyyəsi hələ ideal deyil...
- Komandamız tam oturuşmayıb. Amma zamanla hər şey düzələcək. "Qəbələ" sıfırdan yığılıb. İnanıram ki, hər şey yaxşı olacaq. Əsas odu ki, nəticə qazanırıq.

- Tam oturuşmaq üçün yarım il lazımdı...
- Biz indi nəticəyə oynayırıq. Müasir futbol üçün bu, normaldı. Baxımlıq oyun sərgiləmədən də xal qazanmaq mümkündü.

- Reynaldonun milliləşdirilməsi məsələsinə münasibətiniz necədi?
- Əlbəttə, çox istəyərdim ki, Reynaldo millimizdə oynasın. Onun bizə köməyi dəyər. Hiss olunur ki, braziliyalı çox səviyyəli futbolçudu.

- Rusiya və Bolqarıstanla oyunlardan nə gözləyirsiz?
- Rusiyaya qarşı tam heyətlə oynasaq, nəticə qazanarıq. Legionerlərin milliyə çağırılması rəhbərliyin qərarıdı. Biz də istəyərik ki, yığmada yaxşı futbolçular olsun. Ümid edirəm ki, növbəti təlim-məşq toplanışında heyətimiz daha yaxşı olacaq. Azarkeşlər bizdən yaxşı nəticə gözləyirlər. Əminəm ki, oyuna yaxşı köklənə bilsək, hər ikisində nəticə qazana biləcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.