Cavadov qol vurmadı, Qaziantep BB sonuncu oldu
Sivasda futbol üzrə Cümhuriyyət Kuboku keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə dörd klub mübarizə aparıb. Bunlar "Mersin İdmanyurdu", "Adana Dəmirspor", azərbaycanlı futbolçuların (Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budak) çıxış etdiyi "Qaziantep BB", eləcə də Cihan Özkranın komandası - "Sivasspor" olub.
"Qaziantep BB" ilə "Sivasspor"un duelində əsas vaxt 3:3 hesabıyla başa çatıb. Lakin sivaslılar penaltilərlə 4:2 üstün olublar. Cavadovla Budak bu oyuna start heyətdə çıxıblar, 64-cü dəqiqədə isə Vaqifi məhz Rəhman əvəzləyib. Üç qoldan birini də Hacıyev vurub. "Qaziantep BB" "Adana Dəmirspor"a qarşı keçirdiyi ikinci oyunda da əsas vaxtı heç-heçə başa vurub (1:1) və penaltilərlə uduzub - 1:3. Cavadov bu oyunda penaltidən yararlana bilməyib.
Turnirin qalibi "Mersin İdmanyurdu" olub. Bu komanda finalda "Sivasspor"a qalib gəlib - 3:2. Cihan bu oyunlarda meydana çıxmayıb.
