25 avqust 2014 00:10

Tarixi sindroma son, XL-dən uğursuzluğa davam

Həftəsonu Topaz Premyer Liqasında 3-cü turun oyunları keçirildi. Azerisport.az xəbər verir ki, iki gün davam edən turun iki oyunu təxirə salınsa da, baş tutan üç görüşdə az maraqlı olay yaşanmadı.

Hesabat turuna “Bakı” – “Qəbələ” oyunu ilə start verildi. Bu, tərəflər arasında sayca 25-ci oyun idi. Əvvəlki 24 qarşılaşmada “Bakı” böyük üstünlüyə malik idi. Paytaxtın eyniadlı təmsilçisi əvvəlki oyunların yarısında (12 qələbə) qalib gəlmişdi. Lakin “Qəbələ” son 5 qarşılaşmada uduzmurdu. Bu komandanın əvvəlki oyunlarda 7 qələbəsi vardı. Daha 5 görüşdə isə qalib müəyyənləşməmişdi. Lakin bu dəfə "Qəbələ"nin qalib gələcəyi demək olar ki, çox az adamda şübhə doğururdu. Premyer Liqada iştirakı sual altında olan "zolaqlılar" gec də olsa, cari mövsümdə "Neftçi" ilə oyunda siftə etdi. Həmin oyunda minimal hesabla uduzmuş İbrahim Uzuncanın komandası bu dəfə də süprizə imza atmaq üçün çox çalışdı. Amma son 10 dəqiqədə buraxılan iki qol gənclərdən ibarət bu komandanın gücünün yetərli olmadığını isbatladı. Daha güclü heyətə malik Dorinel Muntyanunun komandası "Araz Naxçıvan" üzərində qazandığı qələbənin davamını gətirməklə, turnir cədvəlinin dördüncü pilləsinə yüksəldi.

Zaqatalada “Simurq”la “Xəzər Lənkəran” üz-üzə gəldi. Zaqatala təmsilçisi bu oyunadək öz meydanında cənublulara qalib gələ bilməmişdi. Əvvəlki 18 matçda “Xəzər Lənkəran” böyük üstünlüyə malik idi. Cənubluların hesabında 9 qələbə vardı. "Simurq" isə "ağ-yaşıllar"ı yalnız 2 dəfə məğlub edə bilmişdi. Daha 7 qarşılaşmada da tərəflər hərəyə 1 xal qazanmışdılar.

"Simurq" nəhayət bu oyunda tarixi sindroma son qoymağı bacardı və ilk dəfə doğma azarkeşlərinin gözü qarşısında "ağ-yaşıllar"dan 3 xal almağı bacardı. Düzdü, matçın son saniyələrində aparıcı hücumçusu Draqan Çeranın birbaşa qırmızı vərəqə alaraq meydandan qovulması bu komandanın zəfərinə kölgə saldı. Hər halda o, buna görə qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək. Amma Zaqatala təmsilçisinin keçirdiyi hər iki oyunda qələbə qazanması bu komandanın cari mövsümdə iddialılar sırasında olacağından xəbər verir. Oğuz Çətinin komandası isə bu mövsümə də uğursuz başlayıb və vəziyyəti düzəltmək üçün "Simurq" səfərindən qələbəylə qayıtmaq arzuları da heç oldu. Bu gedişlə "Xəzər Lənkəran" yenidən baş məşqçi dəyişmək sevdasına düşsə, buna təəccüblənməməliyik.

Nəhayət, bu tura tam olmasa da, “İnter” – “Sumqayıt” qarşılaşması ilə yekun vuruldu. Liderlərin görüşündə “İnter” üstünlüyə malik idi. Paytaxt klubu əvvəlki 8 oyunun 7-də qələbə qazanmışdı. Qələbəsi olmayan "Sumqayıt" yalnız bir dəfə heç-heçə etməyi bacarmışdı. Maraqlıdı ki, “Sumqayıt” əvvəlki 8 matçda qol da vurmamışdı. "Bankirlər"in bu dəfə də asan qələbə qazanması istisna deyildi. Baxmayaraq ki, Aqil Məmmədovun komandası son turda çətin "Xəzər Lənkəran" səfərindən 3 xalla qayıtmışdı və çempionatın lideriydi. Amma bunda təbii ki, ilk turda "Qarabağ"a verilən texniki məğlubiyyətin də rolu vardı. Son turda məhz Ağdam klubu ilə qolsuz heç-heçəyə razılaşan Kaxaber Sxadadzenin yetirmələri liderliyi məhz "Sumqayıt"a qalib gəlməklə təhvil ala bilərdi ki, buna da möhtəşəm qələbə ilə nail oldular. "Sumqayıt"ın gücü isə tarixində ilk dəfə "İnter"ə qol vurmağa çatdı.

Qeyd edək ki, bu turun iki oyunu - "Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” görüşləri başqa vaxt keçiriləcək. Buna səbəb çempionatımızın daimi iştirakçısı olan iki köklü klubumuzun Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri ilə cavab oyunlarına daha yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmaq istəməsidi. Məhz bunu nəzərə alan Peşəkar Futbol Liqası "Qarabağ"la "Neftçi"yə güzəştə gedib.

Topaz Premyer Liqası
3-cü tur

Bakı - Qəbələ - 0:2
Qollar: Viktor Mendi, 78. Ruslan Abışov, 90.
Sarı vərəqələr: Elton Hüseynov, 58 (qeyri-idman hərəkəti) - Andrey Kristya, 86 (qeyri-idman hərəkəti)
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Cavanşir Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
23 avqust 2014. Saat 18:00. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.

Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev (15. Azad Kərimov, 88), 7. Nuran Qurbanov, 8. Lukas Mario Horvat, 10. Nurlan Novruzov, 18. Əziz Quliyev (11. Tural Qürbətov, 68), 19. Elton Hüseynov, 21. Elşad Manafov, 22. Risto Ristoviç (17. Elmin Əsgərli, 83), 37. Mikayıl Rəhimov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 4. Ülvi Süleymanov, 20. Valeh Seyidov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Qəbələ: 1. Kamran Ağayev (k), 7. Ruslan Əmircanov, 8. Markinyos (11. Andrey Kristya, 68), 12. Aleksandr Benqa, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 21. Yazalde Pinto (9. Viktor Mendi, 58), 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Ürfan Abbasov, 90. Ekiqo Ehiosun (4. Elvin Camalov, 90).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 16. Ruslan Tağızadə, 36. Elnur Allahverdiyev, 44. Rafael Santos.
Baş məşqçi: Dorinel Muntyanu.

Simurq - Xəzər Lənkəran - 2:0
Qollar: Draqan Çeran, 44, Rəşad Eyyubov, 61.
Sarı vərəqələr: Benjamin Lambot, 5 (hakimin qərarına etiraz); Samir Zərgərov, 33 (bilərəkdən əl ilə oyun); Rəşad Eyyubov, 78 (simulyasiya) - Tyeqo de Xesus, 58 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Draqan Çeran, 90+2 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mübariz Haşımov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
24 avqust 2014. Saat 19:00. Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (21. Murad Səttarlı, 90), 10. Rəşad Eyyubov (13. Əli Gökdəmir, 81), 11. Draqan Çeran, 15. Stepan Polyak (8. Patrik Osiako, 70), 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 88. Marko Stanoyeviç.
Baş məşqçi: George Çixradze.
Xəzər Lənkəran: 12. Cahangir Həsənzadə, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov (7. Etame Mbilla, 46), 11. Rauf Əliyev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (10. Elnur Abdullayev, 46), 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko (28. Fernando Qabriel, 75).
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 13. Aleksandr Şemonayev, 27. Manuel Skarlatake, 39. İlqar Ələkbərov.
Baş məşqçi: Oğuz Çətin.

İnter - Sumqayıt - 5:1
Qollar: Abdulla Abatsiyev, 8, Nizami Hacıyev, 27, Mikel Alvaro, 44; 90+2, Asif Məmmədov, 87 - Məhəmməd Qurbanov, 40.
Sarı vərəqələr: Derlis Meza Kolli, 44 (qeyri-idman hərəkəti); Abdulla Abatsiyev, 66 (qeyri-idman hərəkəti) - Tagim Novruzov, 30 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 45 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 79 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
24 avqust 2014. Saat 21:00. “İnter Arena”. 500 tamaşaçı.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 7. Abdulla Abatsiyev (91. Coşqun Diniyev, 82), 8. Mikel Alvaro, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 28. Baçana Sxadadze (27. Dieqo Madriqal, 75), 80. Nizami Hacıyev (11. Asif Məmmədov, 57), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavço Georgiyevski, 10. Elvin Məmmədov, 33. Matiya Spiçiç.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sumqayıt: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 6. Tagim Novruzov (18. Aleksandr Çertoqanov, 31), 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev (11. Kiyan Sultanpur, 30), 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 92. Bəxtiyar Həsənalızadə (3. Vurğun Hüseynov, 46).
Ehtiyat oyunçular: 30. Tərlan Əhmədli, 8. Ceyhun Cavadov, 22. Tofiq Mikayılov, 23. Şəhriyar Xəlilov.
Baş məşqçi: Aqil Məmmədov.

1 İnter 3 2 1 0 9 1 +8 7
2 Simurq 2 2 0 0 4 0 +4 6
3 Sumqayıt 3 2 0 1 5 5 0 6
4 Qəbələ 3 2 0 1 3 4 –1 6
5 Araz N 2 1 0 1 3 1 +2 3
6 Neftçi 2 1 0 1 1 3 –2 3
7 AZAL 2 0 1 1 1 3 –2 1
8 Xəzər L 3 0 1 2 1 4 –3 1
9 Qarabağ 2 0 1 1 0 3 –3 1
10 Bakı 2 0 0 2 0 3 –3 0

Bombardirlər:
4
- Mikel Alvaro (İnter)
2 - David Janelidze (Araz Naxçıvan)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.