Aqil Məmmədov: Bir neçə oyunçu komandadan göndəriləcək
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:5 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hesab oyuna görə oldu. Bizdə oyun keyfiyyəti çox aşağı səviyyədədi. Müdafiənin mərkəzində, eləcə də bütün mövqelərdə problemlər var. Əlbəttə ki, ciddi tədbirlər olacaq. Futbolçularla ciddi söhbət edəcəm. Burada heç kim gününü keçirə bilməz. Öz işinə və öz sənətinə belə yanaşmaq olmaz. Bəxtiyar Həsənalızadənin əvəzlənməsi zədə ilə bağlı deyildi. Yaxşı oynamadı və səhvləri oldu. Mən “Araz Naxçıvan”la oyunu düşünərək, bəzi dəyişikliklər etdim. Yəqin ki, qarşıdakı günlərdə bir neçə oyunçu komandadan göndəriləcək”.
