24 avqust 2014 21:25
Çixradze: Çox vacib 3 xal qazandıq
"Simurq"un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun gürcü çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çox çətin oyun oldu. Qarşılaşma gərgin keçdi, komandalar əzmkar oyun göstərdi. Futbolçular sonadək mübarizə apardılar. Yaratdığımız qol imkanlarından maksimum faydalandıq. Daha bir neçə qol imkanımız oldu, təəssüf ki, imkanlardan istifadə edə bilmədik. Çox vacib 3 xal qazandıq”.
