24 avqust 2014 15:30
Nazarovun komandası daha bir qələbə qazandı
Futbol üzrə Almaniyanın İkinci Bundesliqasında 3-cü turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun komandası "Karlsrue" də növbəti oyununu keçirib.
Onun komandası səfərdə Düsseldorf "Fortuna"sı ilə qarşılaşıb. Qarşılaşma "Karlsrue"nin 2:0 hesablı qələbəsiylə başa çatıb. Dmitri bu oyuna 88-ci dəqiqədə qoşulub.
Hazırda "Karlsrue" 7 xalla ikinci yerdə gedir.
