24 avqust 2014 15:20

Adam Banaş: Azərbaycan çempionatı düşündüyümdən də səviyyəlidi

"Simurq"un bu mövsüm yeni transferlərindən olan Adam Banaş ilk müsahibəsini klubun rəsmi saytına verib. Azerisport.az xəbər verir ki, polşalı müdafiəçi Azərbaycana gəlməsindən, komadası və Zaqatala haqqında fikirlərini bölüşüb. Təcrübəli futbolçu bildirib ki, uğur qazanmaq üçün rəqibin kimliyi, onun gücü haqqında düşünməmək lazımdı.

- Öncə bilmək istərdik ki, “Simurq”dan təklif alan vaxt Azərbaycan, komandan haqqında hansısa informasiyan var idi?
- Elə də çox məlumatım yox idi. Təklif gəldiyində Pavel Kapsa ilə əlaqə saxladım. Mənə “Simurq”, Azərbaycan, çempionat barəsində ətraflı məlumat verdi. Komandanın peşəkar olduğunu, çempionatın yüksək səviyyədə keçdiyini, güclü komandaların və futbolçuların çıxış etdiyini bildirdi. Avstriyada təlim-məşq toplanışına qoşulduğumda hər şeyin deyildiyi kimi olduğunu gördüm. Həm məşqçilərin, həm rəhbərliyin, həm də burada çıxış edən futbolçuların düşündüyümdən də yüksək səviyyədə olduğunun şahidi oldum. Əvvəllər gəlim və ya gəlməyib fikirləri arasında qalmışdım. Ancaq toplanışa qoşulandan sonra tamamilə düşüncələrim dəyişildi və qərar verdim ki, müqavilə təklif olunsa, razılaşacam. Karyeramda ilk dəfə olaraq legioner həyatı yaşayacam. İndi bu qərarımın düzgün olduğunu düşünürəm. Çalışacam ki, hər oyunda “Simurq”un uğuru üçün meydanda sona qədər mübarizə aparım, mənə olan inamı, dəstəyi doğruldum.

- “Simurq”da polşalı futbolçuların oynadığını eşitmişdin?
- Əlbəttə, Marçin Burxartın, David Petrkeviçin, Pavel Kapsanın Azərbaycanda oynadıqlarını bilirdim. Onlarla bir vaxtlar Polşa çempionatında rəqib kimi oynamışdım. Həmçinin internetdən bir neçə dəfə burada çıxış etməkləri barəsində məlumat oxumuşdum. Oyunlarına baxmışdım.

- Premyer Liqanın, komandaların səviyyəsi necə, gözlədiyin kimidi?
- Hətta deyədim ki, artıqdı. Azərbaycan çempionatı futbolçudan misal üçün Polşadakından daha texnikalı oyun tələb edir. Bizdə əsasən fiziki güc önəmli rol oynayır. Ancaq burada elə deyil. İlk oynumuza qardaşım da Polşadan internet vasitəsilə baxırdı. Oyundan sonra bu barədə danışdıq. O da mənimlə eyni fikirdə idi ki, Azərbaycan çempionatı futbolçudan texnikalı və çox sürətli oyun tələb edir.

- Komandanı bu gün güclü rəqiblə oyun gözləyir. Bu oyun haqqında nə düşünürsən?
- Artıq rəqibin kimliyi, onun gücü haqqında düşünməməliyik. Əgər Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, hər görüşə qələbə üçün çıxmalıyıq. Xüsusən də evdə oynadığımız matçlarda xal itirmək şansımız yoxdu. İlk turdan artıq final əhval-ruhiyyəsində olmalıyıq. Rəqibi yaxşı təhlil edib, çıxıb öz oyunumuzu oynamalıyıq, azarkeş dəstəyi ilə xallarımızı yığmalıyıq.

- Fikrincə, "Simurq"un uğur qazanması üçün nələr lazımdı?
- Hazırda heyətdə çıxış edən futbolçular, məşqçilər korpusu, hər kəs komandanın qarşısına hansı hədəfin qoyulduğunu çox yaxşı bilir. Fikrimcə, biz bu məqsədə çatası gücdəyik. Ancaq işimiz bununla bitmir. Biz hər bir oyuna qələbə qazanmaq üçün çıxmalıyıq. Sona qədər mübarizə aparmalıyıq. Hər kəs üzərinə düşən işin öhdəsindən maksimum gəlsə, uğur bizim olacaq.

- Komandaya uyğunlaşmaqda çətinlik çəkmədin?
- Yox, elə də çətinlik çəkmədim. “Simurq” bir ailədi. Bütün günü komanda yoldaşlarımla birlikdəyik. Birgə yeyirik, gəzirik, istirahət edirik. Çox gözəl atmosfer var.

- Azərbaycan yeməkləri ilə bağlı problemin olmadı?
- Burada yaşamaqda çətinlik çəkəcəyimi düşünürdüm. Çünki fərqli bir mədəniyyətlə tanış olacaqdım. Həm də ilk dəfədi ki, karyeramı ölkəmdən kənarda davam etdirəcəkdim. Ancaq hər şey fərqli oldu. Qısa bir vaxtda buraya öyrəşdim. Artıq hər şey yaxşıdı. Yeməkləriniz çox yaxşı və ləzzətlidi. Hər cür şəarit yaradılıb. Bizə isə yalnız məşqlərimiz və oyunlarımız haqqında düşünmək qalır.

- Zaqatala haqqında fikirlərini də bilmək maraqlı olardı.
- Çox gözəl və kiçik bir şəhərdi. Gəzmək, harasa getmək elə də çətin deyil. Burada özümü təhlükəsiz hiss edirsən. Yaşamaq üçün hər cür şərait var. Hətta qısa bir zamanda ailəmi də bura gətirmək istəyirəm. Ancaq hazırda havalar çox istidir. Buna görə gözləyirəm.

- Artıq ilk oyunda azarkeşlərinizi gördün. Onlara nə deyərdin?
- Dəstəyə görə çox sağ ol deyirəm. İnanıram ki, nəticə qazandıqca onların stadionda sayları daha da artacaq. Çünki bizim azarkeş dəstəyinə ehtiyacımız var.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.