24 avqust 2014 01:35
AZAL Neftçi ilə oyunun əvəzində yoxlama matçı keçirdi, 5 qol vurdu
Premyer Liqanın 3-cü turu çərçivəsində keçirilməli olan AZAL – “Neftçi” görüşü təxirə salındığından "təyyarəçilər" yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, rəqib isə əvəzedici komanda olub.
“AZAL Arena”da keçirilən matç əsas komandanın qələbəsi ilə yekunlaşıb – 5:0. Qolları Con Enrike Kordoba (2), Təmkin Xəlilzadə (2) və Viktor İqbekoyi vurub.
Qeyd edək ki, bu gün istirahət edəcək komanda bazar ertəsindən etibarən 4-cü tur çərçivəsində qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlıqlarına start verəcək. (klub saytı)
