23 avqust 2014 11:15

Viktor Mendi: Hücumçu üçün ilk qol önəmlidi

Topaz Premyer Liqasının 3-cü turunda “Qəbələ” “Bakı” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, paytaxtda keçiriləcək görüş “qırmızı-qaralar”ın təcrübəli futbolçusu Viktor Mendi üçün əlamətdar olacaq.

Seneqallı hücumçu Premyer Liqada 90-cı matçına çıxacaq. Mendi klub saytına açıqlamasında bu yubileyin sevindirici olduğunu qeyd edib:

“Çox sevinirəm ki, bu müddət ərzində yaxşı oyun sərgiləmişəm. Mən ümid edirəm ki, yenə də yaxşı oyunumla komandamıza xeyir verəcəyəm. Bununla da “Qəbələ”nin mövsüm ərzində uğurlar əldə etməsinə yardımçı olacağam”.

Mendi “Qəbələ”nin heyətində vurduğu 25 qoldan 5-ni “Bakı” ilə görüşlərdə rəqib qapısından keçirib. “Qırmızı-qaralar”ın heyətində paytaxtın eyniadlı təmsilçisinə ən çox qol vuran hücumçu bu uğurunu davam etdirmək iddiasındadı: “Ümid edirəm ki, çox qol vurmağa davam edəcəm. Bu komandaya qol vura bilsəydim, özümü xoşbəxt hiss edərdim. Hücumçu üçün ilk qol önəmlidi. Çünki adətən ilk qolu vurduqdan sonra davamı da olur”.

Seneqallı hücumçu rəqib haqda da danışıb: “Bakı” ilə oyunumuz çətin olacaq. Bu komandadan çox oyunçular gedib. Amma biz yenə də çalışacağıq ki, qalib gəlib, növbəti 3 xalımızı əldə edək”.

Mendi 2-ci turun “Araz Naxçıvan”la oyununda sonradan meydana daxil olmuşdu. Hücumçu həmin görüşdəki 1:0 hesablı qələbənin növbəti uğurlar üçün təkan olacağını düşünür: “Çox yaxşı oyun oldu. Premyer Liqada ilk 3 xalımızı qazandıq. İndi bu 3 xalı növbəti oyunlardakı uğurlarla artırmalıyıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.