23 avqust 2014 00:15

3 oyunluq 3-cü tur

Həftəsonu Topaz Premyer Liqasında 2014/15 mövsümünün 3-cü turunun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, iki gün davam edəcək turun iki oyunu təxirə salınıb.

Belə ki, "Araz Naxçıvan” – “Qarabağ” və AZAL – “Neftçi” görüşləri baş tutmayacaq. Buna səbəb çempionatımızın daimi iştirakçısı olan iki köklü klubumuzun Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri ilə cavab oyunlarına daha yaxşı hazırlaşmaq üçün əlavə vaxt qazanmaq istəməsidi. Məhz bunu nəzərə alan Peşəkar Futbol Liqası "Qarabağ"la "Neftçi"yə güzəştə gedib.

Qalan oyunlardan ikisi Bakıda, biri isə paytaxtdan kənarda baş tutacaq. Hesabat turuna “Bakı” – “Qəbələ” oyunu ilə start veriləcək. 25-ci oyun öncəsi “Bakı” rəqibi ilə oyunlarda böyük üstünlüyə malikdi. Paytaxtın eyniadlı təmsilçisi əvvəlki oyunların yarısında (12 qələbə) qalib gəlib. Lakin “Qəbələ” son 5 qarşılaşmada uduzmayıb. Bu komandanın əvvəlki oyunlarda 7 qələbəsi var. Daha 5 görüşdə isə qalib müəyyənləşməyib. Topların fərqində də paytaxt təmsilçisi öndədi - 28:22. Amma hazırkı gücünə görə, bu komandaların duelinin favoriti "Qəbələ" hesab olunur. Mövsümdə iştirakı sual altında olan "zolaqlılar" gec də olsa, Premyer Liqada "Neftçi" ilə oyunda siftə etdi. Minimal hesabla uduzmuş İbrahim Uzuncanın komandasının bu dəfə də süprizə imza atması inandırıcı görünmür. Əvəzində daha güclü heyətə malik Dorinel Muntyanunun komandası "Araz Naxçıvan" üzərində qazandığı qələbənin davamını gətirə bilər.

Digər iki oyun bazar günü baş tutacaq.  Öncə Zaqatalada “Simurq”la “Xəzər Lənkəran” üz-üzə gələcək. Zaqatala təmsilçisi indiyədək öz meydanında bu rəqibinə qalib gələ bilməyib. Əvvəlki 18 matçda “Xəzər Lənkəran” böyük üstünlüyə malikdi. Cənubluların hesabında 9 qələbə var. "Simurq" "ağ-yaşıllar"ı yalnız 2 dəfə məğlub edə bilib. Daha 7 qarşılaşmada isə tərəflər hərəyə 1 xal qazanıblar. Son 3 görüşdə hər iki komanda qol vurub. Bütövlükdə topların fərqi 28:19 hesabıyla cənub təmsilçisinin xeyrinədi. Oğuz Çətinin komandası bu mövsümə də uğursuz başlayıb və vəziyyəti düzəltmək üçün "Simurq" səfərindən qələbəylə qayıtmaq vacibdi. Lakin bu, adətən favoritlər üçün əsl başağrısı olan Zaqatala klubu ilə, özü də səfər görüşündə asan olmayacaq. Georgi Çixradzenin komandası AZAL üzərindəki qələbənin davamını gətirmək şansına da malikdi.

Ən nəhayət, bu tura tam olmasa da, “İnter” – “Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq. Liderlərin görüşündə “İnter” üstünlüyə malikdi. Paytaxt klubu indiyə qədər 7 qələbə qazanıb. Qələbəsi olmayan "Sumqayıt" yalnız bir dəfə heç-heçə etməyi bacarıb. Son 4 qarşılaşmada qalib gələn bakılılar əvvəlki görüşlərdə də uduzmayıb. “Sumqayıt” 8 matçda qol da vurmayıb. "Bankirlər"in bu dəfə də asan qələbə qazanması istisna deyil. Baxmayaraq ki, Aqil Məmmədovun komandası son turda çətin "Xəzər Lənkəran" səfərindən 3 xalla qayıdıb və çempionatın lideridi. Amma bunda təbii ki, ilk turda "Qarabağ"a verilən texniki məğlubiyyətin də rolu var. Son turda məhz Ağdam klubu ilə qolsuz heç-heçəyə razılaşan Kaxaber Sxadadzenin yetirmələri liderliyi məhz "Sumqayıt"a qalib gəlməklə təhvil ala bilər.

Topaz Premyer Liqası
3-cü tur

23 avqust

18:00. Bakı - Qəbələ
Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Cavanşir Yusifov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Bakı"nın təlim-məşq bazasının stadionu.

24 avqust (bazar)

19:00. Simurq - Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mübariz Haşımov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Akif Məmmədov.
Zaqatala şəhər stadionu.

21:00. İnter - Sumqayıt
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Gülağa Cabarov.
Bakı. “İnter Arena”.

3-cü turun avqustun 24-də keçirilməli olan "Araz Naxçıvan” – “Qarabağ” və bazar ertəsinə təyin olunan AZAL – “Neftçi” görüşləri təxirə salınıb.
 

Komanda Q H M TF X
 1.Sumqayıt 2 2 0 0 4-0 6
 2.İnter 2 1 1 0 4-0 4
 3.Araz N 2 1 0 1 3-1 3
 4.Simurq 1 1 0 0 2-0 3
 5.Neftçi 2 1 0 1 1-3 3
 6.Qəbələ 2 1 0 1 1-4 3
 7.Xəzər L 2 0 1 1 1-2 1
 8.AZAL 2 0 1 1 1-3 1
 9.Qarabağ 2 0 1 1 0-3 1
10.Bakı 1 0 0 1 0-1 0

Bombardirlər:
2
- David Janelidze (Araz Naxçıvan), Mikel Alvaro (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.