23 avqust 2014 11:00
Arif İsayev: Mənə məşqlərə başlamağa icazə verdilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Arif İsayev ağır zədədən sonrakı durumu barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ankaradan yenicə qayıtmışam. Həkimlər tibbi müayinədən keçirdilər. Allaha şükür ki, hər şey yaxşıdı. Mənə məşqlərə başlamağa icazə verdilər. 11 aydı futbol oynamıram. Artıq darıxmağa başlamışam. Fərdi məşqlər edəcəm ki, artıq çəkidən xilas olum. Yaxın vaxtlarda özümə yeni komanda tapmağa çalışacam ki, qışa kimi orada hazırlaşım. Sonrasına baxarıq. Mümkündü ki, yenidən Türkiyəyə qayıdım. Orada mənimlə maraqlananlar var".
