23 avqust 2014 20:15
İbrahim Uzunca: Bu dəfə daha yaxşı oynadıq
"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "zolaqlılar"ın türkiyəli çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Ötən həftə ilə müqayisədə daha yaxşı oynadıq. 80-ci dəqiqəyə qədər olan mübarizədən razıyam. Bu müddət ərzində rəqibə heç bir şans vermədik. Gənc bir komanda olduğumuz üçün səhvlər qaçılmazdı. Təcrübəsizlikdən meydanda tam paylaşa bilmədik. Gənc futbolçuları Azərbaycan futboluna qazandırmağa çalışacağıq”.
