22 avqust 2014 16:35
Məmmədov BATE - Slovan oyununda
AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA Çempionlar Liqasının oyununa təyinat alıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, Məmmədov ÇL-in pley-off mərhələsində iyulun 26-da, Borisov şəhərindəki "Borisov Arena"da keçiriləcək BATE (Belarus) - "Slovan" (Slovakiya) oyununa tədbirin direktoru (UEFA Venue Director) təyinatı alıb.
