22 avqust 2014 16:25

Həsənzadə: Çempion ola bilərik

Cahangir Həsənzadə “Xəzər Lənkəran”ın futbolçusu kimi ilk müsahibəsini Peşəkar Futbol Liqasının rəsmi saytına verib. Azerisport.az xəbər verir ki, o, müsahibə zamanı bir sıra məqamlara toxunub.

- Bu gün “Xəzər Lənkəran”la 1 illik müqavilə imzaladız. Keçidin təfərrüatı ilə bağlı danışmağınızı istərdik...
- Açığı, biz bir neçə gün əvvəl məsələni müzakirə etmişdik. “Xəzər Lənkəran” tərəfi mənə zəng vurub, hazırkı durumumla maraqlandı. Transfer vərəqimin özümdə olub-olmadığını soruşdular. Yekun danışıq isə bu gün oldu. Klub rəhbərliyi ilə görüşdük və 1 illik müqavilə imzaladıq.

- “Araz Naxçıvan”ın düşərgəsini tərk etdikdən sonra belə bir fikir söyləmişdiz ki, karyeramı bitirə bilərəm. Bu söz və çempionluğa  iddialı “Xəzər Lənkəran”la müqavilə imzalamaq böyük təzad deyilmi?
- Bəli, mən yenə sözümü deyirəm. Əgər hansı bir uyğun təklif gəlməsəydi, karyeramı bitirəcəkdim. Bu məsələ gündəlikdə idi. Amma yaxşı təklif oldu və mən razılaşdım. 35 yaşım olmasına baxmayaraq, düşünürəm ki, yaxşı günlər irəlidədi. “Xəzər Lənkəran” kimi klubda oynayacağıma görə çox şadam.

- “Xəzər Lənkəran” karyranızın sonuncu klubu olacaq?
- Onu Allah bilir. Mən çalışacağam ki, sonluğu yaxşı nəticə ilə gətirim.

- “Xəzər Lənkəran”ın qapıçı baxımından problem yaşadığı məlumdu. Bu mənada, sizin üzərinizə qarşıdakı oyunlarda məsuliyyət daha çox düşəcək. Buna hazırsızmı?
- Əlbəttə, “Xəzər Lənkəran”da oynamaq ikiqat çətindi. Çünki “Xəzər Lənkəran”ın azarkeşi var və onlar daim qələbə arzulayırlar. Azarkeşlərin sevgisinin qarşılığını qələbə ilə vermək lazımdı. Bəli, cənubda oynamaq çətindi. Amma mən yaxşı klublarda oynamışam və təcrübəm var, bütün bunlar mənə yardımçı olacaq. Heyətdə yer alan qapıçı Orxan Sadıqlıya dəstək və örnək olmağı düşünürəm. Kimin oynamağından asılı olmayaraq, məncə, əsas məsələ “Xəzər Lənkəran”ın uğur qazanmasıdı.

- “Xəzər Lənkəran”ın mütləq hədəfi çempionluqdu. Sizcə, bu heyət ən yüksək zirvədə olmağa qadirdi?
- Topaz Premyer Liqasında güclü komandalar az deyil. Çempionat uzundu. Bu marafonda mütləq şəkildə hər kəs bir nöqtəyə vurarsa, “Xəzər Lənkəran” çempion ola bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.