22 avqust 2014 14:25
Əsgər Abdullayev: Qarabağ ilə oyunun təxirə salınmasından narazı deyiləm
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 3-cü turunda qarşılaşacaqları "Qarabağ"la oyunun təxirə salınması ehtimalından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu barədə xüsusi nəsə demək istəmirəm. Biz normal qaydada oyuna hazırlaşırıq. Amma qarşılaşma təxirə salınsa, bununla barışmalı olacağıq. Düşünməyin ki, oyunun təxirə salınmasından narazıyam. "Qarabağ"ın avrokuboklardakı uğuru mənim də uğurumdu. Biz onların hər bir qələbəsinə ancaq sevinə bilərik".
