22 avqust 2014 13:55

Danilo Dias: Tventeni keçmək mümkündür və lazımdı

"Qarabağ"ın futbolçusu Danilo Dias "Tvente" ilə 0:0 hesabıyla başa çatan Avropa Liqasının pley-off mərhələsindəki ilk oyundan sonra təəssüratlarını azerisport.az-la bölüşüb.

- "Tvente" ilə oyunun nəticəsindən razı qaldın?
- Komandamız sona qədər mübarizə apardı. Rəqib müdafiədən oynayırdı. Bununla belə bir neçə qol vəziyyətimiz oldu. Sadəcə, həmin imkanlardan istifadə etmədik. Yaxşı olardı ki, qələbə qazanaq. Amma qolsuz bərabərlik pis nəticə deyil. Səfərdə rəqib belə oynamayacaq. Bunu nəzərə alaraq biz də fərqli oyun nümayiş etdirəcəyik.

- "Qarabağ"ın qələbə qazanmasına nə mane oldu?
- Ən böyük səbəb özümüzük. Daha dəqiq oynamaq olardı. Bəxt bizim tərəfdə olmadı. Digər tərəfdən ot örtüyünün vəziyyətini gördüz. Bu meydanda normal oynamaq çox çətin idi. Əksər yerlərdə ot yox idi. Stadionun belə vəziyyətdə olması çox acınacaqlıdı.

- "Tvente" doğma meydanda daha inamlı görünəcək. "Qarabağ"ın qol vurması çətin olacaq...
- Mümkünsüz heç nə yoxdu. Sadəcə, öz oyunumuzu oynamalıyıq. Bu oyunla da səfərdə uğur qazanmaq olar. "Tvente"ni keçmək mümkündür və lazımdı.

- Əgər qol olsaydı, "Qarabağ" səfərə üstün durumda yollanacaqdı?
- 0:0 hesabı heç kimə üstünlük vermir. Onların buradan qolsuz bərabərliklə ayrılması üstünlük deyil. Doğma meydanda "Tvente" üçün də çətin olacaq. Bizim üçün daha çətindi. Çünki, istəyirik nəhayət Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaq.

- "Qarabağ" pley-off sindromunu qıra biləcək?
- Ümidimiz böyükdü. "Tvente"ylə məsələni səfərdə həll etmək lazımdı. Bu cütün taleyi səfərdə həll olunacaq. Komandamız mütləq qrupa düşməlidi.

- Rəqibin oyununu necə qiymətləndirirsən?
- "Tvente"də yaxşı futbolçular çoxdu. Əksəriyyət gənclər idi. Bununla belə çempionatlar arasında səviyyə fərqi özünü göstərir. Fikrimcə, onlar yaxşı oynadı. İlk oyundan sonra hər iki tərəfin şansları bərabər qalır. Hollandiyada hər şeyi 0:0-dan başlamaq lazım olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.