22 avqust 2014 01:35
Nikoliç: Neftçinin necə güclü komanda olduğunu hamı gördü
Serbiyanın "Partizan" klubunun baş məşqçisi Marko Nikoliç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 3:2 hesablı qələbəsini belə şərh edib:
"Çox vacib qələbədi. Bu hesab bizim üçün heç nəyə zəmanət verməsə də, bizə evdə uduzmamaq lazım idi. Halbuki, buraxılan iki erkən qoldan sonra buna çox yaxın idik. "Neftçi"nin necə güclü komanda olduğunu bu gün hamı gördü".
