21 avqust 2014 12:40

Ropotan: Belə həyat tərzi məşqlərə köklənmək üçün idealdı

"Qəbələ"nin heyətinə mövsümlərarası fasilədə qoşulan rumıniyalı futbolçu Adrian Ropotan klub saytına komandanın hazırkı durumu, məşqlərin gedişi və Qəbələdəki həyatı barədə danışıb. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi komandada əla atmosferin hökm sürdüyünü, özlərini bir ailə kimi hiss etdiklərini vurğulayıb:

- İlk turda “İnter”lə matçda oyunumuz alınmadı. Bu səbəbdən nəticə bizim üçün uğursuz oldu. İkinci turda doğma meydanda “Araz Naxçıvan”ı məğlub etməyi bacardıq. Oyun boyu bir çox qol epizodları yaratsaq da, yalnız birini reallaşdıra bildik. Ən önəmlisi 3 xalı qazanmaqdır. Bu qələbə ötən məğlubiyyəti unutmaq və gələcək oyunlara köklənmək üçün çox vacib idi. Hazırda komandada əla atmosfer hökm sürür.

- Növbəti turda səfərdə “Bakı” ilə qarşılaşacaqsız. Hazırlıq necə gedir?
- “Bakı” ilə oyuna səylə hazırlaşırıq. Bu mövsüm ilk səfər qələbəmizi qazanmaq istəyirik. Məşqlərimiz və çalışmalarımız öz bəhrəsini verir. Ümid edirik ki, qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaqla bunu sübuta yetirəcəyik. Komandadakı yeni futbolçuların çoxluğunu nəzərə alsaq, oyun praktikası da önəmlidi. Tam komplektləşmək üçün hələ bir yerdə çox oynamalıyıq.

- Yeni futbolçulardan söz düşmüşkən, “Qəbələ”yə bu mövsüm qoşulan futbolçuların komandaya öyrəşdiyini demək olar?
- Bütün futbolçuların komandaya öyrəşdiyini əminliklə deyə bilərəm. Bunun müşahidə etmək üçün məşqlərimizi, gündəlik həyatımızı izləməyiniz yetərli olar. Baş məşqçimiz intizamlı, möhkəm, mehriban kollektiv qurmağı bacarıb. Özümüzü bir ailə kimi hiss edirik.

- Qəbələdə həyatınız necə keçir? Sözügedən şəhərin sakitliyinə öyrəşə bilmisinizmi?
- Burada gözəl təbiət, gülərüz, mehriban insanlar var. Qəbələnin sakitliyinə öyrəşmişik. Belə həyat tərzi məşqlərə, oyunlara diqqətimizi kökləmək üçün idealdı. Bizim üçün önəmli olan futbol oynamaq üçün gözəl şəraitin olmasıdı ki, bu baxımdan da bazamız bütün tələblərə cavab verir. Özümu burada çox yaxşı və rahat hiss edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.