20 avqust 2014 23:45

Mircəlal Qasımov: Bu gün meydanda ikinci Nazim Süleymanovu görə bilmədim

Futbol üzrə Özbəkistan yığmasının baş məşqçisi Mircəlal Qasımov bu gün Bakıda Azərbaycan millisinə qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmadan sonra bunları söyləyib:

- Bu, bizim üçün lazımlı oyun idi. Bu gün çox yüksək hərarət var idi və belə havada futbolçulara qaçmaq çətin idi. Qol vəziyyətlərimiz oldu. Amma onları məntiqi sonluqla başa çatdırmağa tələsdik.

- Oyun öncəsi Azərbaycan futbolçularının texnikalı olmasından danışmışdız. Yenə fikrinizdə qalırsız?
- Bəli. Rəqibin heyətində texnikalı və ağıllı futbolçular var, qol vəziyyətləri yarada bilirlər. Aydın məsələdi ki, hər şey alınmır. Amma bu, yoxlama oyunudu. Biz bu gün sanki öz evimizdəymiş kimi oynadıq. Oyuna gələn azarkeşlərimizə təşəkkürümü bildirirəm.

- Azərbaycan yığmasının heyətində çoxlu legioner var idi. Niyə sizin heyətdə eləsi yoxdu?
- Bu gün legionerlərsiz oynadıq. Çünki onların öz komandalarının oyunları vardı. Bütün oyunçularımıza dəvət göndərmək imkanımız olmadı.

- Özbəkistan bu gün ikinci heyəti ilə oynadı?
- Hazırda bizim heyətdə gəncləşdirmə siyasəti aparılır. Yeni futbolçular gəlir. Bəzi futbolçularımız növbəti tsiklə kimi yaşlanacaq. Ona görə də komandada yeni nəfəsə ehtiyac var. Bu futbolçuların gələcəkdə də yığmada oynamasını istərdim. Biz bu günlə yaşaya bilmərik.

- Bu gün Azərbaycan yığmasının demək olar ki, bütün aparıcı hücumçuları meydanda oldu. Onlardan hansısa vaxtilə birlikdə oynadığınız Nazim Süleymanovu 30 faiz də olsa, xatırlada bildi?
- Bu gün meydanda ikinci Nazim yox idi. Şadam ki, elə bir futbolçu ilə birgə oynamışam. İndi də texnikalı uşaqlar var.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.