20 avqust 2014 23:30

Foqts: Mən Almaniyanın himnini oxumamışam, pis insanam?

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bu gün Bakıda keçirilmiş Özbəkistanla yoxlama oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandamızın 0:0 hesablı heç-heçəyə razılaşdığı qarşılaşmadan sonra bunları söyləyib:

- Oyundan narazıyam. Rəqib fiziki baxımdan bizdən daha yaxşı təsir bağışladı. Bizim futbolçular isə yorğun görünürdülər. Halbuki, mövsüm yeni başlayıb. Çoxlu səhvlər gördük. Bunların üzərində çalışmağımız lazımdı. Qol vəziyyətlərimiz də oldu. Onların bəzisi xoşuma gəldi. Amma qol olmadı.

- Narazı qaldığınız futbolçular var?
- Qol vəziyyətlərinin yaradılmasından razı qalsam da, oyunçulardan narazı qaldım.

- İlk hissədə Nazarov çoxlu səhvlərə yol verirdi...
- Bizim qarşıda daha bir yoxlama oyunumuz var - Rusiya ilə görüş. Oyunçuları həmin qarşılaşmada da sınayacam. Futbolçuları mətbuat vasitəsilə tənqid etməyəcəm. Kimə nə sözüm varsa, özünə deyəcəm. Nazarova 90 dəqiqə oynamaq şansı yaratdım. Çünki nəyə qadir olduğunu görmək istəyirdim. Üç məşqə çıxmışdı. Oyun zamanı ötürmələrdə necə təsir bağışladığını da öyrənmək istədim. Son ötürmələr onda alınmır.

- Milliyə 11 milliləşdirilmiş futbolçu çağırmısız. Amma bu komanda Özbəkistanın ikinci heyəti ilə bacarmır...
- Hədəfim güclü komanda yaratmaqdı, kiməsə nəsə göstərmək yox. Milliləşdirilmiş futbolçular barədə müzakirələr artıqdı. Hamısı Azərbaycan yığmasının üzvüdü. Sizi başa düşürəm, amma mənə hər kəsin necə oynadığını bilmək lazımdı.

- Rusiya ilə oyunda da bu futbolçuları sınayacaqsız, yoxsa "Qarabağ"la "Neftçi"nin də futbolçularından yararlanacaqsız?
- İndi yığmaya çağırmadığım futbolçulara da dəvət göndərəcəm. Amma əsas heyətin necə olacağını indidən deyə bilmərəm. "Qarabağ"la "Neftçi"nin futbolçuları avrokuboklarda yaxşı təcrübə toplamış olacaqlar. İndiki futbolçulara isə təcrübə lazımdı. Bu gün "Qarabağ"la "Neftçi"nin futbolçularının yoxluğunu hiss etmədim.

- Kiyan Sultanpur niyə oynamadı?
- Bildiyiniz kimi, yoxlama oyunları zamanı 6 əvəzetmə etmək olar. Emin Nurini zədə səbəbindən məcburi əvəzləməli oldum. Ona görə əlavə dəyişiklik şansımız qalmadı.

- Start heyətdəki 11 futbolçudan yalnız dördü himnimizi oxudu. Qalan 7 futbolçu bu yığmaya nə qazandıracaq ki?
- Mən Almaniya yığmasında oynadığım zaman heç vaxt himni oxumurdum. Hər kəs himni oxuyub-oxumamağa özü qərar verir. Almaniya çempion olanda da beş futbolçu himni oxumurdu. Bu, o deməkdi ki, mən pis insanam?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.