21 avqust 2014 23:30

Şreyder: Qarabağ indi daha güclü olub, büdcəsi artıb

Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şreyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, qolsuz başa çatan qarşılaşmanı belə şərh edib:

- Oyunun belə maraqlı alınacağını bilirdik. Bu gün bizi hər şey qane etdi. Rəqibin qol vəziyyətləri oldu. Amma biz yaxşı müdafiə olunduq. "Qarabağ"ın "Zalsburq"la oyununa baxmışdıq və bilirdik ki, çox çətin olacaq. Bugünkü oyunumuzu də məhz həmin qarşılaşmaya əsasən qurmuşduq.

- Nəticə sizi qane edir?
- Səfər oyunu üçün bu, yaxşı nəticədi. Amma etiraf edim ki, 0:0 çox təhlükəli nəticədi. Başa düşürük ki, cavab oyununda bizi çətinliklər gözləyir. Biz bu gün risk etmədik.

- Cavab oyununda da belə oynayacaqsız?
- Kimə maraqlıdısa, gəlib baxa bilər. Sizə indidən heç nə deyə bilmərəm.

- Yetirmələriniz çox kobud oynayırdı. Bu, öncədən müəyyənləşdirilmiş taktika idi?
- Belə bir tapşırıq yox idi. Biz rəqibin təklif etdiyi oyuna uyğun mübarizə aparırdıq. "Qarabağ"ın da futbolçuları kobud oynayırdılar.

- Qazonun vəziyyəti sizin lehinizə idi?
- Qazonun durumu rəqibin oyununa mane olurdu. Onlar top saxlamaqda çətinlik çəkirdilər. Amma bizə də asan deyildi. Sadəcə, buna hazır idik.

- Beş il öncə ilə müqayisədə "Qarabağ"da dəyişiklik hiss etdiz?
- Fərq var. Klubun büdcəsi artıb, yeni oyunçular alınıb. Komandanın yaxşı müdafiə xətti var. Onlara qarşı oynamaq çətindi. İndi "Qarabağ" daha təcrübəli və güclüdü.

- O vaxt "Tvente" "Qarabağ"dan Vaqif Cavadovu almışdı. İndi də belə bir planınız var?
- Belə bir planımız yoxdu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.