21 avqust 2014 11:30

Mahir Şükürov: Bizim öz futbolçularımız yeni gələnlərdən daha yaxşıdı

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi

- Özbəkistanla qolsuz heç-heçəyə dair nə deyə bilərsiz?
- Çox isti vardı. Meydanda hərəkət etməyə çətinlik çəkirdik. Buna baxmayaraq, vacib oyun idi. Berti Foqts seçmə mərhələ öncəsi heyəti müəyyənləşdirməyə çalışır.

- Komandanın oyunundan razısız?
- Hər şey istədiyimiz kimi alınmadı. Temp aşağı idi. Amma yenə də qələbəə qazanmalıydıq. Qol vura bilmədik, nəticədə də heç-heçə qeydə alındı.

- Qol üçün nə çatışmadı?
- Heyətdə yeni futbolçular çox idi. Bu üzdən komanda oyunu göstərə bilmədik. Meydanda bir-birimizi başa düşmürdük. Buna baxmayaraq, qol vəziyyətlərimizin olduğunu siz də gördüz. Sadəcə, onları qola çevirə bilmədik.

- AÇ-2016-nın seçmə mərhələsi ərəfəsində bu oyun o qədər də optimist düşünməyə əsas vermir...
- Biz tam heyətlə oynasaydıq, daha yaxşı çıxış edərdik. Təbii ki, seçmə mərhələ oyunlarında hər şey tam fərqli olacaq.

- Rusiya ilə yoxlama oyununda da belə mübarizə aparacaqsız?
- Rusiyaya qarşı tam fərqli oyun olacaq. Hava şəraiti də orada yaxşı olacaq. Rəqib güclü olanda, istər-istəməz futbolçu özünə qarşı da tələbkar olur.

- Düzünü deyin, yığmamızın yeni futbolçuları xoşunuza gəldi?
- (gülür) Nə deyə bilərəm? Fikrimcə, bizim öz oyunçularımız daha yaxşıdı. Qoy yığmada yerli futbolçular çıxış etsinlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.