21 avqust 2014 17:00
Con van Loen: Qarabağ Tventeyə qalib gələcək
"Qarabağ"ın uşaq futbolu üzrə texniki direktoru Con van Loen bu komandanın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Hollandiya "Tvente"si ilə oyunlardakı şansları barədə danışıb. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis ölkəsindən olan jurnalistlərə açıqlamasında bunları söyləyib:
"Tvente"nin Bakıya oyundan sadəcə, bir gün öncə gəlməsi mənim üçün inanılmazdı. Çünki buranın yerli havası komanda üzvlərinə çox pis təsir edəcək. Fikrimcə, "Qarabağ" bu oyundan qalib ayrılacaq. Çünki bu komandanın ev oyunlarında ağlasığmaz dəstək olur".
