21 avqust 2014 16:30

Emin Nuri: Millinin formasını geymək qürurvericidi

Azərbaycan millisinin futbolçusu Emin Nuri Özbəkistanla yoldaşlıq görüşündən sonra medianın suallarına cavab verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Özbəkistanla oyunda komandanın göstərdiyi oyun barədə fikirlərin necədi?
- Yoxlama görüşü olmasına baxmayaraq, gərgin oldu. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Hava istəyimizə mane olurdu. Havanın isti olması müəyyən çətinliklər yaratdı. Azərbaycan millisi rəqibdən yaxşı oynadı. Bəzi hücumlarda dəqiqlik çatmadı. Əks halda biz qələbə qazana bilərdik. Qol vurmaq üçün az da olsa, şanslarımız var idi.

- Özbəkistan Asiyada çıxış edir. Bu mənada hamı Azərbaycandan qələbə gözləyirdi...
- Rəqib zəif deyildi. Sürətli oyunçuları var idi. Özbək futbolçular topla kifayət qədər yaxşı davranırdılar. Unutmaq olmaz ki, Azərbaycan millisində əksər futbolçular debütant idi. Bəziləri ilk dəfə millinin formasını geyir. Yəni, əsas məqsəd gəncləri yoxlamaq idi.

- Əvəzlənməyinə səbəb nə oldu?
- Oyun zamanı zədə aldım. Bunu nəzərə alan baş məşqçi məni dəyişməyi qərara aldı. Meydanda olduğum dəqiqələrdə özümü göstərməyə çalışdım. Necə alındığını məşqçilər söyləyə bilər.

- İlk dəfə Azərbaycan millisinin formasını geyindin. Hansı hissləri yaşadın?
- Millidə oynamaq qürurvericidi. Biz Azərbaycanı təmsil edirik. Özümü rahat hiss edirdim. ÇalışırdımŞ oyunum yaxşı alınsın. Gələcəkdə də Azərbaycan millisinin formasını geymək istərdim. Ümid edirəm ki, baş məşqçi mənə güvənməkdə davam edəcək.

- Səncə, bu oyunla AÇ-2016-nın seçmə mərhələsində hansı nəticəni gözləmək olar?
- Hazırlıq oyunları seçmə görüşlərdən fərqlidi. Üstəlik, Azərbaycan millisinin bəzi əsas oyunçuları Özbəkistanla görüşdə iştirak etmədi. Seçmə mərhələdə daha yaxşı oynamaq mümkündü.

- Oyununla Azərbaycan millisində nəsə dəyişə biləcəksən?
- Bunu zaman göstərəcək. Hamı çıxış etdiyi millini güclü görmək istəyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.