21 avqust 2014 16:15
Stepan Polyak: XL ilə evdə oynayacağımız üçün qələbə qazanmalıyıq
"Simurq"un yarımmüdafiəçisi Stepan Polyak Topaz Premyer Liqasının 3-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hədəfimiz uğurlu çıxış etməkdi. Ona görə də meydana çıxıb, öz oyunumuzu göstərməyə çalışacağıq. "Xəzər Lənkəran"a hörmətlə yanaşırıq. Evdə oynayacağımız üçün qələbə qazanmalıyıq".
"Çempionat hələ yeni başlayıb. Qarşıda bizi çoxlu oyun gözləyir. Daha çox çalışmağımıza ehtiyac var. Qələbələrimizin sayının çox olmasını istəyiriksə, buna borcluyuq. Nəyə nail ola biləcəyimizi isə mövsümün sonunda görəcəyik".
