21 avqust 2014 16:00

Vaqif Cavadov: Hər oyuna Azərbaycan bayrağı ilə çıxacam

Futbol üzrə Azərbaycan milli komandasının və Türkiyənin “Qaziantep BB” klubunun hücumçusu Vaqif Cavadov Peşəkar Futbol Liqasının rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, millimizin üzvü söhbət əsnasında bir sıra maraqlı məqamlara toxunub:

- “İnter”dən ayrıldıqdan sonra Türkiyənin “Qaziantep BB” klubu ilə anlaşdız. Türkiyə klubunda sizi necə qarşıladılar, klubun sizə ümidləri nədən ibarətdi?
- Türkiyədə məni çox yaxşı qarşıladılar. Müqavilə mərasimində klubun prezidenti və digər yüksək vəzifəli şəxsləri iştirak etdilər. Mənə ümidlər böyükdü. Bu məsuliyyəti dərk edərək deyirəm ki, Türkiyəyə turist  kimi getməmişəm. İndi hər şey özümdən asılıdı. Məşqlərdə özümü yaxşı tərəfdən göstərib, mütəmadi olaraq, əsas heyətdə oynamalıyam. Öz oyunumda inkişafa nail olmaqla yanaşı, ölkəmizi də layiqincə təmsil etməliyəm.

- Baş məşqçi Nurullah Sağlam sizin barənizdə danışarkən deyib ki, “Vaqif Cavadov hədəfi mütləq çempionluq olan komandaya transfer edildiyini anlamalıdı”. Bu, sizdə hansı hissi formalaşdırıb?
- Nurullah Sağlamın belə deməsini normal qarşılayıram. Çünki Sağlam həmişə məqsədləri olan komandaya rəhbərlik edib. Elə mən də həmişə çempionluq uğrunda yarışan kollektivdə çıxış etmişəm. “Qaziantep BB” klubunu seçməyimdə Nurullah Sağlam amilinin rolu böyükdü.

- Sizinlə yanaşı U-21 millimizin üzvü Rəhman Hacıyev də “Qaziantep BB”-də oynayır. Yəqin ki, bu, sizin üçün də üstünlükdü...
- Əlbəttə, heyətdə yer alan bütün futbolçularla dostluq münasibətim var. Amma Rəhmanın yeri başqadı. Onunla hər mövzuda danışa bilirəm.

- Bir qədər geri qayıdaq. “İnter”dən ayrıldıqdan sonra adınız “Xəzər Lənkəran”la hallandı. Bəs necə oldu ki, “Xəzər Lənkəran”la yox, “Qaziantep BB” klubu ilə anlaşdız?
- Açığı, bu iki klubdan başqa, “Qəbələ”dən də təklif var idi. Məsələ seçim etməyə gəldikdə, Türkiyə klubunun  təklifi daha yaxşı oldu. Onlar mənim futbol oynamağım üçün hər cür şərait yaratdılar.

- Siz Türkiyə Liqasının səviyyəsinin hər keçən il bir az daha düşməsi ilə razısız?
- Səviyyə düşür? Mən deməzdim. Türkiyə birinci liqasını görməmişdim. Gedib gördüm və təəssüratlarım yüksəkdi. Hesab edirəm ki, düzgün seçim etmişəm.

- Türkiyədə çıxış edən azərbaycanlı futbolçular (Rəşad Sadıqov istisna olmaqla) milli atributlarımızdan istifadə etməyiblər. Sizin məsələ ilə bağlı nə kimi planlarınız var?
- İnşallah, hər oyuna biləyimdə Azərbaycan bayrağı ilə çıxacam. Məqsədim həm ölkəmizi təmsil etmək, həm də komandamın uğurlarında pay sahibi olmaqdı.

- Klubunuzun maddi vəziyyəti necədi?
- Bu baxımdan hər hansı bir problem yaşamırıq. Komandamız Türkiyədə transfer bazarının fəallarındandı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.