22 avqust 2014 01:08

Neftçi Partizana uduzdu

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərindən biri - ölkə kubokunun son qalibi "Neftçi" də növbəti sınağına çıxıb.

Paytaxt klubu Serbiya "Partizan"ı ilə mübarizə aparır. Komandamız səfərdəki ilk görüşdən sərfəli nəticə qazanmağa borcluydu. Əks halda Bakıdakı cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etmək çətinləşə bilərdi. Bakılılar oyuna çox yaxşı başlayıblar və Denis Silvanın möhtəşəm oyunu - dublu sayəsində 2:0 önə keçiblər. Lakin təəssüf ki, məhz braziliyalı müdafiəçinin avtoqolu ilə ümidlənən serblər bundan sonra daha iki qol vuraraq, əzmkar qələbə qazanıblar. Bu üzdən hər şeyə Bakıdakı cavab oyununda aydınlıq gələcək.

Avropa Liqası
Pley-off mərhələsi
(ilk oyun)
21 avqust

Partizan - Neftçi - 3:2 (2:2)
Qollar: D.Silva, 11 (0:1), D.Silva, 17 (0:2), D.Silva, 29-öz qapısına (1:2), P.Qrbiç, 32 (2:2), E.Yunuszadə, 69-öz qapısına (3:2)
Sarı vərəqə: Flavinyo, 7, P.Qrbiç, 19, N.Ninkoviç, 31, V.Stankoviç, 45+1, B.Bertuççi, 53, N.Drinçiç, 65, İ.Fofana, 90+2.
Hakimlər: Hüseyin Göçek, Mustafa Emre Eyisoy, Orkun Aktaş, Süleyman Abay (Türkiyə).
Belqrad. "Partizan" stadionu.

Partizan: 25. Milan Lukaç, 4. Miroslav Vuliçeviç, 5. Nemanya Petroviç, 6. Voyislav Stankoviç (k), 30. Branko İliç, 8. Darko Braşanaç, 11. Nikola Ninkoviç (17. Andrey Jivkoviç, 61), 14. Petar Qrbiç (22. Saşa İliç, 71), 18. Nikola Drinçiç, 27. Danko Lazoviç, 32. Petar Şkuletiç (10. İsmael Fofana, 80).
Ehtiyat oyunçular: 1. Jivko Jivkoviç, 40. Miloş Ostoyiç, 21. Saça Markoviç, 36. Nikola Qulan.
Baş məşqçi: Marko Nikoliç.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 16. Bruno Bertuççi, 7. Araz Abdullayev (11. Nikolas Kanales, 72), 9. Flavinyo (k) (21. Samir Məsimov, 82), 10. Julius Vobay, 15. Erik Ramos, 18. Kaue, 19. Mirhüseyin Seyidov (25. Cavid İmamverdiyev, 90+5), 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 17. Nicat Qurbanov, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.