21 avqust 2014 01:10

Vaqif Cavadov: Bu qədər legionerdənsə, Reynaldonu çağırmaq daha yaxşı olardı

Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi

- Özbəkistanla qolsuz başa çatan oyun sizə nə verdi?
- Bu sual düzgün qoyulmayıb. Bu, yığma komandadı və hətta meydana çıxmasan da belə, burada olmaq istənilən halda xoşdu. Yığmaya hər bir çağırış, hər bir matç bizim üçün vacibdi. Düzdü, ikinci hissədə bizdə hər şey istədiyimiz kimi alınmadı. Məşqçimiz yeni futbolçulara oynamaq şansı yaratdı. Bütövlükdə, bu oyunun nə verməsini Berti Foqts deyə bilər. Biz futbolçu olaraq öz işimizi gördük.

- İkinci hissədə meydanda yox idiniz. Kənardan millinin oyununu izləmək utandırıcı deyildi ki?
- Mən heç vaxt millimizin oyununa görə utanmamışam, sizə də bunu məsləhət görmürəm. Ola bilər ki, hərdən nəsə alınmasın. Pis və yaxşı, bu, bizim milli komandamızdı. Azərbaycan yığmasında oynadığıma görə fəxr edirəm. Bacardığımız nədisə, onu da edirik. Potensial heç də həmişə yaxşı çıxış etməyə imkan vermir. Bəzi futbolçular bu qarşılaşmada zəif çıxış etdilər. Amma bu, bizim komandamızdı.

- Hücumçu olaraq Reynaldo ilə çiyin-çiyinə oynamaq istərdiz, ya Rüfət Dadaşovla?
- Mən həmişə yığmamızda azərbaycanlı futbolçuların oynamasının tərəfdarı olmuşam. Hər halda bu qədər legionerin yerinə bir səviyyəli oyunçunu çağırmaq daha yaxşı olardı. Bu, mənim şəxsi fikrimdi. Təbii ki, Reynaldonun oynamasının tərəfdarı olardım. O, hazırda əla formadadı və bizə köməyi dəyərdi. Amma buna mən qərar vermirəm. Qoy rəhbərlik, baş məşqçi özü lazım olan qərarı versin.

- Yığmanın yalnız dörd üzvü himni ürəkdən oxudu. Qalanları ilə nəyəsə nail olmaq olar?
- Mən həmişə yığmaya dəvəti fəxrlə qəbul etmişəm və çalışmışam ki, maksimum gücümü meydanda qoyum. Himni oxumayan varsa, buna mən nə edə bilərəm? Yenə də deyirəm ki, mən millidə azərbaycanlı futbolçuların oynamasını istəmişəm. Bundan başqa heç nə deyə bilmərəm. Baş məşqçi onları dəvət edirsə, buna hörmətlə yanaşmaq lazımdı.

- "Qarabağ"la "Neftçi"nin futbolçularının yoxluğu hiss olunurdu?
- İndi bunu müzakirə etmək düzgün olmazdı. Bəzən onlar da biz olmadan oynayıblar. Yeri gəlmişkən, bu komandalara Avropa Liqasında uğurlar arzulayıram. Ümid edirəm ki, hər iki klubumuz qrup mərhələsinə vəsiqə qazanar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.