20 avqust 2014 22:53

Azərbaycan Özbəkistanla bacarmadı

Bu gün futbol üzrə Azərbaycan yığması 2014-cü ildə növbəti yoxlama oyununa çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamızın budəfəki rəqibi Özbəkistan yığması olub.

Özbəkistan Azərbaycan üçün kifayət qədər tanış rəqibdi. Belə ki, millimiz tarixi ərzində bu komanda ilə 9 dəfə qarşılaşmışdı. 10-cu - yubiley matçı ərəfəsində Azərbaycanın özbəklər üzərində 4 qələbəsi vardı. Özbəkistan yığması millimizi iki dəfə üstələyə bilmişdi. Daha 3 oyunda da tərəflər meydanı sülhlə tərk etmişdilər. Bir qayda olaraq, yoxlama oyunlarında qarşılaşmış komandaların oyunlarında bu qarşılaşmayadək bütövlükdə 21 qol vurulub ki, bunlardan 11-i yığmamızın aktivindəydi. Qalan 10 qolu isə özbəklər vurmuşdular.

Bu oyunda isə tərəflər çox çalışsa da, qapıya yol tapa bilmədilər və qarşılaşma sülhlə başa çatdı.

Yoxlama oyunu
20 avqust

Azərbaycan - Özbəkistan - 0:0
Hakimlər: Georgi Vadaçkoriya, Levan Varamişvili, Levan Todriya (Gürcüstan), Ömər Paşayev (Azərbaycan).
Bakı. "Bakcell Arena".

Azərbaycan: 23. Səlahət Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov (k), 20. Ufuk Budak, 19. Rahid Əmirquliyev, 15. Ruslan Abışov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev, 10. Rüfət Dadaşov, 26. Toğrul Erat, 13. Dmitri Nazarov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 2. Emin Cəfərquliyev, 25. İlkin Qırtımov, 21. Əli Gökdemir, 28. Emin Nuri, 8. Məhəmməd Mirzəbəyov, 6. Taşkın İlter, 24. Abdulla Abasıyev, 16. Cavid Hüseynov, 22. Əfran İsmayılov, 9. Cihan Özkara, 27. Kiyan Sultanpur.
Özbəkistan: 1. Eldorbek Suyunov, 2. Eqor Krimets, 20. İslam Tuxtaxujayev (k), 17. Səlim Mustafayev, 13. Davron Həşimov, 9. Sərdar Rəşidov, 7. Fazil Musayev, 10. Cəmşid İsgəndərov, 14. Vladimir Kozak, 11. Novruz Alimov, 6. İvan Naqayev.
Ehtiyat oyunçular: 21. Nikita Rıbkin, 4. Bobur Yuldoşev, 5. Dilşad Jurayev, 8. Azim Axmedov, 15. Şahzodbek Nurmetov, 16. Pavel Smolyaçenko, 18. İqor Seqeyev, 22. Fərrux Seyfiyev, 23. Şerzod Feyziyev.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.