20 avqust 2014 21:30

Alfred Şroyder: Qarabağa uduzsaq, sensasiya olmayacaq

Hollandiyanın "Tvente" klubunun baş məşqçisi Alfred Şroyder Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:

- Bakıda yaxşı gündü. Oyun öncəsi bir az həyəcan var. Yaxşı oyun göstərməyə, layiqli nəticə qazanmağa çalışacağıq.

- "Qarabağ" 5 il öncə "Tvente" ilə qarşılaşıb. İndi komanda çox dəyişib?
- "Qarabağ" beş il öncə də güclü idi. Amma indi daha təcrübəli komanda olub, daha güclənib. Bu, bizi narahat edir. Bizə çətin olacaq. Bir zədəli futbolçumuz var. Qalanlarında hər şey qaydasındadı.

- "Tvente"nin indi zəiflədiyini, "Qarabağ"ı favorit hesab edənlər var...
- Mən belə düşünmürəm. Belə sözləri eşitməmişəm də.

- Sizcə, sabah hansı nəticə qeydə alınacaq?
- Hesabı dəqiq deyə bilmərəm. "Qarabağ"dan hücum futbolu gözləyirik. Bizim də öz üstünlüklərimiz var. Sabah öz səviyyəmizi göstərəcəyik.

- "Qarabağ"a məğlub olsaz, bu, Hollandiyada necə qarşılanacaq?
- Rəqibə hörmətlə yanaşırıq. Son nəticələr Hollandiyada da məlumdu. Uduzsaq, bu, sensasiya sayılmayacaq. Ölkəmizdə bunu normal qarşılayarlar.

- "Qarabağ" haqda nə bilirsiz?
- Bilirik ki, paytaxtı yox, Ağdamı təmsil edən komandadı. Ev oyunlarını da Ağdamda yox, Bakıda keçirmələrinin səbəbindən xəbərdarıq. Amma mən daha çox futboldan danışmaq istərdim.

- Azərbaycanda oynamış hollandiyalı futbolçulardan - Lorenso Ebesilyodan, Melvin Platyedən "Qarabağ" haqda nəsə soruşmusuz?
- Xeyr. Onlardan heç bir məlumat almamışıq. Bizim öz mənblərimiz var idi.

- "Qarabağ"ın heyətində kimi fərqləndirə bilərsiz?
- Hamısı cəld və sürətli oyunçulardı. Leroy Corcu tanıyırıq. Çox təhlükəli oyunçudu. Almeyda və Reynaldo da məşhurdu. Onlar bizə problem yarada bilərlər. Danilo Diası da qeyd edərdim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.