20 avqust 2014 15:15
Yığmamızın Özbəkistanla oyunu canlı yayımda
Bu gün futbol üzrə Azərbaycan və Özbəkistan milli komandaları arasında yoxlama oyunun keçiriləcək. Azerisport.az xəbər verir ki, "Bakcell Arena"da keçiriləcək beynəlxalq yoxlama matçını azarkeşlər televiziya vasitəsilə də izləyə biləcəklər.
Belə ki, oyunu "İdman Azərbaycan" televiziya kanalı canlı yayımlayacaq.
Qeyd edək ki, Azərbaycan - Özbəkistan matçı saat 21:00-da start götürəcək.
