20 avqust 2014 14:50

Maksim Medvedev: Tvente Zalsburqdan zəif deyil

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- Zədədən sonrakı bərpa prosesi necə gedir?
- Sağalıram. Artıq iki gündü komanda ilə birgə məşq edirəm. Amma ayağımda hələ ağrılar qalır.

- Sizin "Tvente" ilə ilk oyunda iştirakınız nə dərəcədə inandırıcıdı?
- Dəqiq bir söz deyə bilmərəm. Böyük ehtimalla, sabah dəqiqləşəcək. Hazırda həkimlərin nəzarəti altında məşq edirəm. Mümkündü ki, iştirak ərizəsində yer alacam.

- Rusiya və Bolqarıstanla oyunlara qədər hazır ola biləcəksiz?
- Fikrimcə, həmin oyunlara qədər hər şey geridə qalacaq.

- "Qarabağ"ın futbolçuları yığmadan kənarda qaldıqlarına görə özlərini necə hiss edirlər?
- Normal (gülür). Elə alındı ki, "Qarabağ"la "Neftçi"nin oyunçuları bu dəfə yığmaya dəvət olunmadı. Hər halda Avroliqa oyunları hazırda daha vacibdi.

- Özbəkistanla oyundan nə gözləyirsiz?
- İnanıram ki, yığmamız bu gün yaxşı oyun sərgiləyib, qalib gələcək. Komandamızda təcrübəli futbolçular çoxdu. Onlar görüşün taleyini həll edə bilərlər.

- "Tvente" ilə oyun barədə nə düşünürsüz?
- Əksəriyyən "Tvente"nin Avstriya "Zalsburq"undan zəif olduğunu düşünür. Amma biz elə düşünmürük. Əksinə, hollandlar daha enerjilidilər. "Tvente"də çoxlu gənc futbolçu çıxış edir. Səhv etmirəmsə, 23-dən yaşlı futbolçuları yoxdu.

- Amma bütün futbol ictimaiyyəti "Qarabağ"ın bu komandanı keçəcəyini düşünür...
- Avstriya təmsilçisi nə qədər güclü komanda olsa da, Hollandiya çempionatı daha güclüdü. Bu çempionatın hər bir iştirakçısı da eynilə güclü komandadı. "Tvente" çempionatda 4-cü yeri tutubsa, bu, komandanın zəif olduğunu deməyə əsas vermir. Şansımız olsa da, çox böyük deyil.

- Hər halda illər öncə qarşılaşdığınız "Tvente" indikindən daha güclü idi. İndi isə "Qarabağ" həmin dövrlə müqayisədə daha güclüdü...
- Hə, onda daha güclü ifaçıları vardı. İndi də oyunun gedişatını təkbaşına dəyişə biləcək futbolçuları var. Sadəcə, o dərəcədə populyar deyillər.

- Sabahkı oyunda komandanızdan nə gözləyək?
- Yaxşı, baxımlı oyun və ümid edirəm ki, bizə sərf edəcək nəticə.

- Əgər "Zalsburq"la oyunda olduğu kimi, yenə 2:1 hesablı qələbə olsa?
- Daha yaxşı oynamağa və 2:1-dən də sərfəli nəticə qazanmağa çalışacağıq. Hollandiyada bizə daha çətin olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.